Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

27,28 sentyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)  

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)  

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi
28 AZ2162024700 27.09.2023 10.000.000 10.000 1.000 25.10.2023
84 AZ2163024709 28.09.2023 20.000.000 10.000 2.000 21.12.2023
168 AZ2164024708 27.09.2023 20.000.000 10.000 2.000 13.03.2024
252 AZ2165024707 28.09.2023 20.000.000 10.000 2.000 06.06.2024

 

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı