Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın uçot faizi bazar faizlərinə təsirini gücləndirib - BBN

Mərkəzi Bankın uçot faizi bazar faizlərinə təsirini gücləndirib

Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir.

Məlumata görə, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0,5 faiz bəndi azaldılıb və AZIR indeksi bu dəyişikliyə çevik reaksiya verib. AZIR indeksinin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 faiz bəndi azalıb.

Azalma dövlət qiymətli kağızları bazarında da özünü göstərib. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonunda azalma müşahidə olunub: 3 aylıq istiqrazlarda gəlirlilik 1,61 faiz bəndi, 1 illik istiqrazlarda 1,8 faiz bəndi, 4 illik istiqrazlarda isə 2,84 faiz bəndi azalıb.

Related posts

“Premium Bank”ın rəhbərliyinə təyinat olub

Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb

Azərbaycan bankları 2025-ci ildə “Bloomberg” ticarət sistemində 65,4 milyard manatlıq əqd bağlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı