Home » Mərkəzi Bankın uçot faizi bazar faizlərinə təsirini gücləndirib

Mərkəzi Bankın uçot faizi bazar faizlərinə təsirini gücləndirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir.

Məlumata görə, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0,5 faiz bəndi azaldılıb və AZIR indeksi bu dəyişikliyə çevik reaksiya verib. AZIR indeksinin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 faiz bəndi azalıb.

Azalma dövlət qiymətli kağızları bazarında da özünü göstərib. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonunda azalma müşahidə olunub: 3 aylıq istiqrazlarda gəlirlilik 1,61 faiz bəndi, 1 illik istiqrazlarda 1,8 faiz bəndi, 4 illik istiqrazlarda isə 2,84 faiz bəndi azalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.