Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi qrupunun növbəti iclası keçirilmişdir - BBN

“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi qrupunun növbəti iclası keçirilmişdir

22 may 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilmişdir.

Onlayn formatda keçirilmiş iclasda, İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planından irəli gələn tədbirlər ətrafında geniş müzakirələr aparıldı. Fəaliyyət Planında kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məsələləri, maliyyə savadlılığı, mikro-maliyyə strategiyası, ödəniş xidmətləri, bank, sığorta və kapital bazarlarının inkişafı mövzuları və digər aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılmış, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, İşçi qrupunun 24 yanvar 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat müzakirə edilmişdir.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak etmişdir.

Related posts

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Dövlət Agentliyinin rəhbərliyi Türkiyədə rəqabət sahəsində keçirilən beynəlxalq vorkşopda iştirak edib

Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə pilot layihəyə start verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı