Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Agentliyinin rəhbərliyi Türkiyədə rəqabət sahəsində keçirilən beynəlxalq vorkşopda iştirak edib - BBN

Dövlət Agentliyinin rəhbərliyi Türkiyədə rəqabət sahəsində keçirilən beynəlxalq vorkşopda iştirak edib

ədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və Balkan regionu ölkələrinin rəqabət qurumlarının hökmran mövqedən sui-istifadə hallarının aşkarlanması, qiymətləndirilməsi və qərarvermə ilə bağlı təcrübələrinə dair müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Rəqabət Qurumunun təşkilatçılığı ilə keçirilən “Hökmran mövqedən sui-istifadə halları üzrə qabaqcıl təcrübələr” adlı vörkşopda iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və Balkan regionu ölkələrinin rəqabət qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir.

Tədbirdə hökmran mövqedən sui-istifadə hallarının aşkarlanması, qiymətləndirilməsi və qərarvermə təcrübəsi ilə müzakirələr və təqdimatlar keçirilib. Agentliyin şöbə müdiri Şəmsi Rzalı tədbir çərçivəsində Azərbaycan Respublikasında rəqabət orqanı qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəqabətin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Bu çərçivədə qəbul edilmiş Rəqabət Məcəlləsində müvafiq bazar payının və hökmran mövqenin müəyyən edilməsi meyarları, həmçinin hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin mövcudluğu vurğulanıb bu halların qarşısının alınmasında Azərbaycan Respublikasında formalaşmış təcrübə praktiki nümunələrlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı