Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

23 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 mln. manat həcmində, tədavül müddəti 1092 gün (effektiv gün 1036) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 93.2777 manat (7.8512%) və 100 manat (5.2806%) olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.9302 manat (6.4273%), orta ölçülmüş qiyməti 97.7278 manat (6.1252%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105,609,100 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci il.

Hərrac iştirakçıları 24 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Related posts

Qızılın qiyməti “uçuruma” yuvarlanır: 11 həftənin minimumu!

Asiya bazarlarında “İran qeyri-müəyyənliyi”: Rekordlardan geriləmə başlayır

Asiya birjalarında çöküş: Samsung tətillə təhdid edir, investorlar qorxu içində! 🚨📉

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı