Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

6 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030051 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 90.2199 (10.9 %) manat və 94.8138 (5.5 %) manat olan 38 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9369 (6.49 %) manat, orta ölçülmüş qiyməti isə 94.1762 (6.218%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 164,173,900 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 04.06.2024-cü ildir.

Hərrac iştirakçıları 7 iyun 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Related posts

“Modenis” (eManat) “MPAY” MMC-yə qoşulur

“Kapital Bank” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı