2026-cı ilin 1 aprel tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 103,9 faiz bəndi təşkil edib.
Məlumata görə, bu göstərici aylıq ifadədə 2,1 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz bəndi artıb.
Eyni zamanda, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,2 faiz bəndi olub. Bu göstərici əvvəlki ayla müqayisədə 3,3 faiz bəndi artsa da, illik müqayisədə dəyişməz qalıb.
Bundan əlavə, 2026-cı ilin 1 aprel tarixinə manatın ümumi real effektiv məzənnəsi 117,7 faiz bəndi təşkil edib. Bu göstərici aylıq ifadədə 1,9 faiz bəndi artsa da, illik ifadədə 2,8 faiz bəndi azalıb.
Həmçinin, qeyri-neft sektoru üzrə real effektiv məzənnə 113 faiz bəndi olub. Bu isə aylıq müqayisədə 1,8 faiz bəndi artım, illik müqayisədə isə 2,8 faiz bəndi azalma deməkdir.