Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hesablama Palatası subsidiya, sığorta, ixrac və büdcə fondlarında dəyişikliklər təklif edir - BBN

Hesablama Palatası subsidiya, sığorta, ixrac və büdcə fondlarında dəyişikliklər təklif edir

Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi alan subyektlərin məsuliyyətinin artırılması təklif olunur.

Məlumata görə, bu təşəbbüslə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatında çıxış edib.

Qurum hesab edir ki, əkin və məhsul subsidiyaları, eləcə də texnikaya verilən güzəştlərdən yararlanan təsərrüfatlara məhsul həcmi, məhsuldarlıq və yeni iş yerlərinin yaradılması kimi konkret tələblər qoyulmalıdır.

Bununla yanaşı, bəzi məqsədli büdcə fondlarının fəaliyyətinə yenidən baxılması təklif edilir. Xüsusilə, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun müstəqil mədaxil mənbələrinin azalması fonunda onun mövcudluğunun aktuallığının qiymətləndirilməsinin vacib olduğu vurğulanır.

Hesabatda həmçinin aztəminatlı ailələrin əmlakının icbari sığortalanması mexanizminin gücləndirilməsi təklif olunub. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı, Maliyyə NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında koordinasiyalı nəzarət mexanizminin yaradılması, həmçinin qaydaların mövcud sığorta qanunvericiliyinə uyğunlaşdırılması vacib hesab edilir.

Bundan əlavə, Palata ixracın təşviqi sahəsində institusional yanaşmanın gücləndirilməsini də tövsiyə edir. Belə ki, bu istiqamətdə strateji inkişaf planının hazırlanması, kəmiyyət indikatorlarına əsaslanan illik əməliyyat planlarının tətbiqi və effektiv monitorinq mexanizmlərinin qurulması zəruri sayılır.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı