“Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

23 may 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun üzvləri ilə “Azərbaycana Birgə Yardım” (United Aid for Azerbaijan – UAFA) təşkilatının nümayəndələri arasında görüş keçirilmişdir.

Görüş çərçivəsində “Azərbaycana Birgə Yardım” təşkilatının “Məktəbim” layihəsi və “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə Fəaliyyət Planı” əsasında hazırlanmış media plan müzakirə edilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı