23 may 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun üzvləri ilə “Azərbaycana Birgə Yardım” (United Aid for Azerbaijan – UAFA) təşkilatının nümayəndələri arasında görüş keçirilmişdir.
Görüş çərçivəsində “Azərbaycana Birgə Yardım” təşkilatının “Məktəbim” layihəsi və “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə Fəaliyyət Planı” əsasında hazırlanmış media plan müzakirə edilmişdir.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.