Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Masato Kanda ikinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib - BBN

Masato Kanda ikinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib

Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda ikinci müddətə Bankın prezidenti seçilib.

BBN.az xəbər verir ki, AİB-in İdarəçilər Şurasının üzvləri keçirilən seçkidə Masato Kandanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Kandanın yeni 5 illik səlahiyyət müddəti 24 noyabr 2026-cı ildən başlayacaq.

Masato Kanda ilk dəfə 27 noyabr 2024-cü ildə AİB-in 11-ci prezidenti seçilib və 24 fevral 2025-ci ildə vəzifəsinin icrasına başlayıb. O, sələfi Masatsuqu Asakavanın başa çatmamış səlahiyyət müddətini tamamlayıb.

Kanda bildirib ki, Asiya-Sakit okean regionunun iqtisadiyyatları əvvəlki şokların təsirindən tam bərpa olunmadan yeni risklərlə üzləşir. Onun sözlərinə görə, beynəlxalq nizam son onilliklərin ən ciddi təzyiqi altındadır.

AİB prezidentinin fikrincə, Bank region üçün sabitlik dayağı rolunu oynamalı, eyni zamanda üzv ölkələrin ehtiyaclarına daha sürətli və daha böyük həcmdə maliyyə dəstəyi göstərməlidir.

AİB-in maliyyə dəstəyi rekord həddə çatıb

Qeyd edək ki, Kandanın prezidentliyi dövründə AİB-in üzv ölkələrə maliyyə dəstəyi əhəmiyyətli dərəcədə artıb.

2025-ci ildə Bankın ümumi maliyyə dəstəyi rekord həddə – 44 milyard ABŞ dollarına çatıb. Bunun 29 milyard dollardan çoxu AİB-in öz resursları, təxminən 15 milyard dolları isə birgə maliyyələşdirmə hesabına təmin edilib.

Bundan əlavə, AİB Nizamnaməsinə edilmiş dəyişiklik nəticəsində Bankın illik maliyyələşdirmə imkanlarının 50% artırılması üçün hüquqi baza yaradılıb. Bununla AİB-in öz resursları hesabına illik maliyyələşdirməsinin 36 milyard dolları ötəcəyi gözlənilir.

Masato Kanda AİB-ə qoşulmazdan əvvəl 2024-2025-ci illərdə Yaponiyanın Baş naziri və maliyyə nazirinin xüsusi müşaviri, 2021-2024-cü illərdə isə beynəlxalq məsələlər üzrə maliyyə nazirinin müavini vəzifələrində çalışıb. O, həmçinin G7 və G20 daxil olmaqla əsas beynəlxalq platformalarda Yaponiyanı təmsil edib.

1966-cı ildə yaradılan Asiya İnkişaf Bankının hazırda 69 üzvü var. Onlardan 50-si Asiya-Sakit okean regionunu təmsil edir.

Related posts

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Unibank bankomat şəbəkəsini yeniləyir

AMB-nin dövriyyədəki notlarının dəyəri 1,5 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı