Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mayın 2-də hərrac keçiriləcək - BBN

Mayın 2-də hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərraca 60 dövlət əmlakı çıxarılıb. Yerli və xarici investorların, vətəndaşların səhmdar cəmiyyətin səhm paketlərinə, kiçik dövlət müəssisəsinə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də hərrac keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında həmçinin, yardımçı təsərrüfat, əmlak kompleksi, iaşə obyekti, mağaza, yeraltı dayanacaq da var. Oğuz şəhərində yerləşən “Şahdağ” yeməkxanası turizm baxımından əlverişli mövqedə yerləşir. İlkin start qiyməti 56 600 manat olan əmlakın ümumi faydalı sahəsi 113 kvadratmetr, torpaq sahəsi isə 40 sotdur. 

Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3500 manatla 11500 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)

Related posts

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Transatlantik faiz uyğunluğu: Reallıq, yoxsa “ilğım”?

Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqladı: Gözlər Pauellin bəyanatlarına fokuslanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı