Meta-dan İnstagram Türkiyə açıqlaması

Meta sözçüsü İnstaqram xidmətlərini Türkiyədə yenidən işə salmaq üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.

BBN.az xəbər verir ki, BTQ avqustun 2-də Metanın Instagram saytına girişi bloklayıb. Kommunikasiya direktoru Fahrettin Altun çərşənbə günü verdiyi açıqlamada İnstaqramı Haniyənin qətlindən sonra başsağlığı mesajlarını blokladığına görə tənqid edib.

Meta mətbuat katibi bu gün mövzu ilə bağlı verdiyi açıqlamada, “Türkiyədə Instagram-a girişin bloklanması səbəbindən milyonlarla insan ailələri və dostları ilə gündəlik ünsiyyət üsulundan məhrum olur, biznes isə müştərilərinə eyni şəkildə çata bilmir. Xidmətlərimizi yenidən əlçatan etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik.”deyə bildirib

Related posts

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Google, Gemini AI ilə süni intellektdə yeni bir dövr açır

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı