Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək - BBN

Nazir Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 9-da saat 09:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-353-48-66) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

“Silk Road Cash & Payments Conference 2026” sentyabrda Almatıda keçiriləcək

ABA və IFC arasında yaşıl ipoteka məhsullarının inkişafı ilə bağlı görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı