Meta gəlirlər və mənfəət baxımından bazar proqnozlarını üstələdi

Meta Platforms Inc. (Facebook, Instagram və WhatsApp-ın sahibi) 2025-ci ilin birinci rübünə dair maliyyə nəticələrini açıqlayıb. Şirkətin həm gəliri, həm də mənfəəti analitik gözləntiləri geridə qoyub.

BBN.az xəbər verir ki, hesabat dövründə Meta-nın gəliri ötən ilin eyni rübü ilə müqayisədə 16% artaraq 42,3 milyard dollara çatıb. Xatırladaq ki, 2024-cü ilin birinci rübündə şirkət 36,5 milyard dollar gəlir əldə etmişdi.

Meta-nın xalis mənfəəti də güclü artım nümayiş etdirib. Şirkət 2025-ci ilin birinci rübündə 16,6 milyard dollar xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 35%-lik artım deməkdir. Səhm başına qazanc isə 4,71 dollardan 6,43 dollara yüksəlib.

Şirkət ikinci rübdə 42,5–45,5 milyard dollar aralığında gəlir əldə etməyi planlaşdırır.

Meta-nın baş direktoru Mark Zukerberq açıqlamasında 2025-ci ilə güclü başlanğıc etdiklərini bildirib. O, süni intellekt texnologiyalarında, xüsusilə də AI eynəkləri və “Meta AI” sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunduğunu vurğulayıb. Zukerberqin sözlərinə görə, “Meta AI” artıq demək olar ki, 1 milyard aylıq aktiv istifadəçiyə malikdir.

Related posts

“AmCham”: Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir

Bu ilin yanvar-noyabr ayları ərzində 328.061 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Kommersiya qurumlarının sayı 7,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı