Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Metroda bank kartları ilə ödənişə başlanılıb - BBN

Metroda bank kartları ilə ödənişə başlanılıb

AZCON Holding-ə daxil olan “Bakı Metropoliteni” QSC rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində daha bir yenilik həyata keçirib.

Şirkətdən verilən məlumata görə, artıq metropoliten sərnişinləri gedişhaqqını NFC funksiyasını dəstəkləyən yerli bank kartları, həmçinin Apple PayGoogle Pay vasitəsilə ödəyə biləcəklər. Bununla yanaşı, “BakıKart”, “BirBank”“M10” tətbiqləri ilə ödənişlər də qüvvədə qalır.

Yeni ödəniş sistemi bir müddət sınaq rejimində yoxlanıldıqdan sonra artıq bütün metro stansiyalarında tam şəkildə tətbiq olunmağa başlayıb. İlkin mərhələdə yenilik Bənövşəyi xəttin stansiyalarında sınaqdan uğurla keçirilib.

Məlumata əsasən, NFC ödənişlərində bank kartında balans olmasa belə, sərnişinə bir dəfəlik keçid imkanı veriləcək. Lakin balans bərpa edilmədiyi halda həmin kartla növbəti ödənişlər avtomatik olaraq bloklanacaq.

Hazırda eyni turniketdən eyni kartla ikinci dəfə keçid üçün 10 dəqiqəlik fasilə tələb olunur, lakin bu müddətin gələcəkdə optimallaşdırılması istiqamətində işlər aparılır.

Related posts

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək

Azərbaycandan ABŞ-yə pul köçürmələri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı