Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mikayıl Cabbarov: "Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir" - BBN

Mikayıl Cabbarov: “Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir”

Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir.

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan “Azərbaycanın İnvestisiya Görünüşü” tədbirində deyib.

Onun sözlərinə görə, uzunmüddətli investisiya inam və etibarla başlayır: “Azərbaycan isə investorlara güclü fiskal göstəricilər və ağlabatan iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu ehtiyatlar ilin əvvəlindən bəri 3,4 %, illik müqayisədə isə 15 % artıb. Ümumi həcmi 88 milyard ABŞ dolları təşkil edən bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir”.

M. Cabbarov bildirib ki, qlobal miqyasda ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olan Azərbaycan üçün bu göstəricilər iqtisadi sabitlik, investor etimadı və uzunmüddətli inkişaf baxımından güclü zəmin yaradır: “Bu fundamental göstəricilər aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınır. “Fitch” və “Moody”s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində saxlayaraq, perspektivi sabitdən pozitivə doğru qiymətləndiriblər. Azərbaycanın iqtisadi inkişaf yolunun arxasında həm müstəqillik dövrünün formalaşdırdığı təcrübə, həm də iqtisadi rifahı dövlət siyasətinin mərkəzinə qoyan Prezident İlham Əliyevin strateji yanaşması dayanır. İqtisadiyyatın şaxələndirilməsi ölkənin investisiya gündəliyini getdikcə daha çox müəyyən edən əsas istiqamətlərdən biridir”.

Bundan başqa, onun sözlərinə görə, özəl sektor iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvə kimi gücləndirilir: “Biz özəl sektorun inkişafına, qeyri-neft və qaz sektorunun genişlənməsinə, prioritet sahələr üzrə yeni imkanların yaradılmasına, xüsusilə də tərəfdaşlığın gücünə böyük inamla yanaşırıq. Son illərdə həyata keçirilən ardıcıl islahatlar investisiyaların qorunmasını gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı genişləndirib və dövlət-özəl tərəfdaşlığını təşviq edib. Eyni zamanda, dinamik Kiçik və Orta Sahibkarlıq (KOB) sektoruna, maliyyəyə çıxış imkanlarının artırılmasına, ixracyönümlü artıma və sənaye infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib.

Hazırda həyata keçirilən davamlı tədbirlər logistika və nəqliyyat xərclərinin optimallaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və yeni ixrac bazarlarına çıxışın asanlaşdırılmasına xidmət edir. Bu yanaşma qeyri-neft və qaz ixracını dəstəkləyir. Eyni zamanda, daha səmərəli kredit zəmanəti və faiz subsidiyası mexanizmləri ilə tamamlanaraq istehsal, logistika, kənd təsərrüfatı, xidmət sahələri, bərpa olunan enerji və rəqəmsal texnologiyalar kimi istiqamətləri investorlar üçün daha cəlbedici edir”.

Related posts

Azərbaycana və xaricə pul köçürmələrinin həcmi açıqlanıb

AMB rəsmisi: “Banklarında ekoloji risklərin idarə olunması gücləndirilib”

Azərbaycanın Açıq bankçılıq uğuru beynəlxalq ictimaiyyətə təqdim olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı