Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları həyata keçirilib.
Məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov tərəfindən müvafiq əmrlər imzalanıb.
Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kibertəhlükəsizlik Əməliyyatları Departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və İnfrastruktur Təhlükəsizliyi Departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya Texnologiyaları və İnfrastruktur Təhlükəsizliyi Departamentinin İnfrastruktur Təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.