Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
MMX: Xarici siyasi nüfuzlu şəxslərlə bağlı maliyyə əməliyyatları 3 dəfədən artıb - BBN

MMX: Xarici siyasi nüfuzlu şəxslərlə bağlı maliyyə əməliyyatları 3 dəfədən artıb

2024-cü il ərzində xarici siyasi nüfuzlu şəxslər və onlarla əlaqəli şəxslərə dair Maliyyə Monitorinqi Xidmətinə (MMX) 14 658 hesabat daxil olub. Araşdırmalar nəticəsində həmin dövrdə 95 629 mədaxil və məxaric əməliyyatı qeydə alınıb.

Bu göstərici 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində MMX-yə 16 ölkədən 27 sorğu, 12 ölkədən isə 21 spontan məlumat daxil olub. Eyni zamanda, Xidmət tərəfindən 51 ölkəyə 84 sorğu, 5 ölkəyə isə 7 spontan məlumat göndərilib.

2023-cü illə müqayisədə 2024-cü ildə xarici siyasi nüfuzlu şəxslərin mədaxil əməliyyatlarının sayı 5 479 vahid və ya 57,5 %, nağd məxaric əməliyyatlarının sayı isə 16 386 vahid və ya 25,5 % artıb.

Related posts

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu 3%-ə yaxın artıb

Azərbaycan əhalisinin gəlirləri 9 %-ə yaxın artıb

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 9 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı