Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Müəllimlər ““AccessBank”a bir 5” deyəcək! - BBN

Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq, “AccessBank” yeni nağd kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil işçiləri 30.000 AZN-dək kredit məbləğini 6-48 ay müddətinə əldə edə bilərlər. Müəllimlər kampaniyadan illik 18%-dən başlayan faizlə yanaşı, 0%-dək komissiya ilə də yararlana bilərlər. Təhsil işçiləri üçün nəzərdə tutulmuş “AccessBank”a bir 5” kampaniyasında 15.000 AZN-dək olan məbləği zaminsiz əldə etmək imkanı da var. Kampaniyanın əsas özəlliyi kreditin ilk ayının faizinin təhsil işçilərinə Bank tərəfindən hədiyyə olunmasındadır.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz

Kampaniya 31.10.2020 tarixinədək qüvvədədir.

Kampaniya ilə bağlı bütün xəbərlərlə #AccessBankabir5 həştəqi altında tanış ola bilərsiniz.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

Related posts

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

Azərbaycan Özbəkistana 75 milyon dollara yaxın investisiya yatırıb

“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı