Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nəriman İmranov 93 FM-də "Sağlam Təhsil" verilişinə müsahibə verib - BBN

Nəriman İmranov 93 FM-də “Sağlam Təhsil” verilişinə müsahibə verib

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) Biznesin İnkişafı Meneceri Nəriman İmranov 93 FM-də yayımlanan “Sağlam Təhsil”  verilişinə təlim sektoru ilə bağlı müsahibə verib.

Müsahibə zamanı ilk olaraq ölkəmizdə təlim sektorunun cari vəziyyəti haqqında fikirlərini bölüşmüşdür.

Bununla yanaşı, ABMTM-in tarixi, inkişafı yolu, cari təlim proqramları və gələcək strateji dövrdə ABMTM-in maliyyə sektoru üçün vahid tədris mərkəzinə çevirilməsi planları haqqında məlumat verilmiş və ABA-nın bu istiqamətdəki rolu vurğulanmışdır. Həmçinin ABA-nın 35-illik və ABMTM-nin isə 25 illik yubileyləri haqqında ətraflı məlumat verilmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə  Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı