

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) Biznesin İnkişafı Meneceri Nəriman İmranov 93 FM-də yayımlanan “Sağlam Təhsil” verilişinə təlim sektoru ilə bağlı müsahibə verib.
Müsahibə zamanı ilk olaraq ölkəmizdə təlim sektorunun cari vəziyyəti haqqında fikirlərini bölüşmüşdür.
Bununla yanaşı, ABMTM-in tarixi, inkişafı yolu, cari təlim proqramları və gələcək strateji dövrdə ABMTM-in maliyyə sektoru üçün vahid tədris mərkəzinə çevirilməsi planları haqqında məlumat verilmiş və ABA-nın bu istiqamətdəki rolu vurğulanmışdır. Həmçinin ABA-nın 35-illik və ABMTM-nin isə 25 illik yubileyləri haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.