Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 12,1% artıb - BBN

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 12,1% artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% və ya 9,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,2% artaraq 24,5 milyon manat təşkil edib.

2023-cü ilin 7 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 2,3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 14 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,3% artıb.

Related posts

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Azərbaycan və IMF inflyasiya proqnozlarını müzakirə ediblər

“Morgan Stanley”in mənfəəti 58% artıb, gəlirlər rekord həddə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı