Naxçıvan MR-in dövlət satınalan təşkilatları üçün “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı təlim keçirilib

Təlimdə yeni Qanunun əhatə dairəsinin genişlənməsi, üstünlükləri və nəzarət mexanizmləri barədə məlumat verilib, dövlət satınalmalarının vaxtında və düzgün planlaşdırılmasına dair müzakirələr aparılıb.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair Naxçıvan Muxtar Respublikasının dövlət satınalan təşkilatlarının aidiyyəti nümayəndələri üçün təlim keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xatırladıb ki, ötən dövrdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı hazırlanıb və bu cür layihələrin icrasında dövlət satınalmaları üzrə proseslərin səmərəli təşkili mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyini xüsusilə vurğulayan səlahiyyətli nümayəndə bu sahədə tədbirlərin icrası üzrə işlərin görüldüyünü qeyd edib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət satınalmalarının səmərəli təşkilinin rəqabət mühitinin inkişafına müsbət təsir edəcəyini vurğulayıb. Bildirilib ki,  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu sahibkarların satınalmalarda daha fəal iştirakına xidmət edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov ötən il dövlət satınalmaları sahəsində qənaət edilən məbləğ barədə statistik göstəriciləri açıqlayıb, bu sahədə nəzarət tədbirlərinin əhəmiyyətindən danışıb.

Təlimdə yeni Qanunun əhatə dairəsinin genişlənməsi, üstünlükləri və nəzarət mexanizmləri barədə məlumat verilib, dövlət satınalmalarının vaxtında və düzgün planlaşdırılmasına dair müzakirələr aparılıb.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı