Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 % artaraq 23 630-a çatıb.
BBN.az xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,4 % artaraq 662 olub.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı da artıb. Belə ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 20,9 % yüksələrək 7 364 təşkil edib.