Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda indiyə qədər 5 milyon manat ƏDV məbləği geri qaytarılıb - BBN

Naxçıvanda indiyə qədər 5 milyon manat ƏDV məbləği geri qaytarılıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 4,9 milyon manat ƏDV məbləği geri qaytarılıb.

BBN.az xəbər verir ki, bunun 0,8 milyon manatı bu ilin yanvar-may aylarının payına düşüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.

Xatırladaq ki, ötən 5 ayda Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 87,3 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Related posts

Azərbaycana turist axını 11 % azalıb

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı