Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % artıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Naxçıvanda istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
Bundan əvvəl, yanvar-mart aylarında ölkə üzrə istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 5,7 % səviyyəsində olub.