Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hüquqşünas: Borclu vəfat etsə belə, zaminin öhdəliyi qüvvədə qalır - BBN

Hüquqşünas: Borclu vəfat etsə belə, zaminin öhdəliyi qüvvədə qalır

“İstər-istəməz hər bir kredit götürən şəxsin obyektiv və subyektiv səbəblərdən qısa və uzunmüddətli gecikmələri olur. Belə vəziyyətdə bank müştəriyə xəbərdarlıq etməklə yanaşı müəyyən addımlar da atır, hətta gecikməyə görə hüquqi və fiziki şəxsin, eləcə də zaminin bank hesabına blok qoya bilir”.

Bunu Banco.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, vətəndaş yalnız o halda inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər ki, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq borcu qərəzli şəkildə ödəməsin:

“Bank və ya bank olmayan kredit təşkilatı belə hallarda krediti problemli kredit kimi qeydə almalı, yaranmış problemi təhlil etməli və ödənişin təmin olunması üçün tədbirlər görməlidir”, – deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, borclu vəfat etdikdə kredit öhdəliyi avtomatik olaraq silinmir:

“Əgər vərəsələr mirası qəbul etmirsə və mərhumun əmlakı yoxdursa, borc bank tərəfindən silinə bilər. Lakin miras qəbul edildiyi halda, vərəsələr onlara çatan miras payı həcmində mərhumun borclarına görə məsuliyyət daşıyırlar”.

F. Əkbərov bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470, 472, 1146, 1255 və 1306-cı maddələri ilə tənzimlənir və borclunun ölümündən sonra yaranan məsuliyyət birbaşa vərəsəlik münasibətləri ilə bağlıdır.

O, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il tarixli qərarına istinad edərək vurğulayıb ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən etibarən mərhumun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar:

“Əgər vərəsə mirası qəbul etməyibsə, borca görə məsuliyyət daşımır. Lakin borclu vəfat etsə belə, zaminin öhdəliyi avtomatik olaraq xitam verilmir və zamin kreditor qarşısında tam məsuliyyət daşıyır”, – deyə hüquqşünas əlavə edib.

Onun sözlərinə görə, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öhdəliyinin tam və ya qismən icrasına görə məsuliyyəti öz üzərinə götürür və bu müqavilə yazılı formada bağlanmalıdır.

F. Əkbərov qeyd edib ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, zamin faizlər, məhkəmə xərcləri və borclunun öhdəliyi yerinə yetirməməsi nəticəsində yaranan digər zərərlər də daxil olmaqla, borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Related posts

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı