Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir Ramin Quluzadə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə videokonfrans formatında görüşüb - BBN

Nazir Ramin Quluzadə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə videokonfrans formatında görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında virtual görüş keçirilib.

Videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və AYİB arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.

Videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru cənab Matteo Patrone, Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı xanım İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı