Nazirliyin e-xidmətlərinə yanvar-iyun aylarında 15 milyon müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-iyun aylarında 15 milyon müraciət qeydə alınıb.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2,5 milyon dəfə istifadə olunub. 127 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda Nazirliyin 159 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 6 ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 340 milyon olub.

Related posts

Cari ilin birinci yarısında ölkədə yeni açılan iş yerlərinin sayı açıqlandı

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Azərbaycanda banklardakı əmanətlərin 66 faizi manatladır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı