Asiya səhmləri həftənin ilk sessiyalarındakı qazanclarını geri verərək əsasən enişlə üzləşib. Buna səbəb artan neft qiymətləri və qlobal istiqraz bazarlarında gəlirliliyin yenidən yüksəlməsinin investorlarda yenidən inflyasiya narahatlıqları yaratmasıdır.
Bazar iştirakçıları qlobal faiz dərəcələri ilə bağlı perspektivləri yenidən qiymətləndirərkən, regional texnologiya sektorunda da təzyiqlər artıb. Xüsusilə Yaponiya, Cənubi Koreya və Çinin bəzi regionlarında səhmlər dəyər itirib. Yaponiyanın “Nikkei 225” indeksi geriləyərkən, Cənubi Koreyanın “KOSPI” indeksi də mənfi dinamika nümayiş etdirib.
Bunun fonunda Brent markalı neftin qiyməti bahalaşmakdө davam edir, ABŞ-nin dövlət istiqrazlarının gəlirliliyi isə illik zirvələrə yaxınlaşıb. Analitiklər qeyd edirlər ki, enerji bazarlarındakı risklər və inflyasiyanın səngiməməsi mərkəzi bankların sərt pul siyasətini daha uzun müddət qoruyub saxlayacağı ehtimallarını gücləndirir.