Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Neftin 89 dollar ətrafında qalması Azərbaycanın valyuta gəlirlərinə müsbət təsir göstərəcək - BBN

Neftin 89 dollar ətrafında qalması Azərbaycanın valyuta gəlirlərinə müsbət təsir göstərəcək

Mənbə: Sfera.az

İsrail və İran arasında əldə olunan atəşkəsdən sonra ABŞ ilə İran arasındakı münasibətlərin yenidən gərginləşməsi qlobal enerji bazarlarının diqqət mərkəzindədir. Regionda baş verən hadisələr fonunda neft qiymətlərində müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, “Brent” markalı neftin qiyməti 0,07 faiz, xam neftin qiyməti isə 0,14 faiz azalaraq 89 dollar səviyyəsinə enib.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı İlham Şaban bildirib ki, bazarın reaksiyası ilk baxışdan paradoksal görünür. Onun sözlərinə görə, Yaxın Şərqdə geosiyasi risklərin artmasına baxmayaraq, bazar daha çox bu risklərin neft təchizatına real təsirini qiymətləndirir.

Ekspert qeyd edib ki, ABŞ rəsmilərinin Hörmüz boğazından tanker axınının artması ilə bağlı açıqlamaları, eləcə də Çin başda olmaqla bəzi ölkələrdə neft istehlakının zəifləməsi qiymətlər üzərindəki təzyiqi azaldır. Bundan əlavə, OPEC+ çərçivəsində gündəlik hasilatın artırılması barədə qərarlar da bazara əlavə neft daxil olmasına səbəb olur.

İqtisadçı Asif İbrahimov isə hesab edir ki, neftin 89-90 dollar səviyyəsində qalması qısamüddətli dövrdə Azərbaycan üçün müsbət amildir. O bildirib ki, dövlət büdcəsində neftin baza qiyməti təxminən 65 dollar səviyyəsində nəzərdə tutulduğundan, mövcud qiymətlər büdcə gəlirlərinin artmasına əlavə imkanlar yaradır.

Bununla yanaşı, ekspert vurğulayıb ki, yüksək neft qiymətləri inflyasiya risklərini də artırır. Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığı neft gəlirlərindən daha çox bu vəsaitlərin qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə yönəldilməsindən asılıdır.

Asif İbrahimovun fikrincə, neftin 89 dollar ətrafında qalması yaxın aylarda Azərbaycanın xarici valyuta daxilolmalarına və manatın sabitliyinə müsbət təsir göstərəcək. Lakin iqtisadiyyatın gələcək dayanıqlığı struktur islahatlarının sürətindən və qeyri-neft sektorunun inkişaf səviyyəsindən asılı olacaq.

Related posts

Neft qiymətləri mayda yüksəlib: “Brent” 107,5 dollara çatıb

Neft bazarında “sülh” qeyri-müəyyənliyi: Qiymətlər niyə enir?

Yaxın Şərqdə Atəşkəs Masası Dağıldı: İsrail Livanı Vurdu, Neft Qiymətləri Yenidən Pik Həddə Yüksəldi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı