Netflix oyunları smart televizorlarda və kompüterlərdə olacaq

Qlobal internet televiziya şəbəkəsi Netflix öz oyunlarını Kanada və Böyük Britaniyada televizor və kompüterlərdə sınaqdan keçirməyə başlayıb. Televiziya və kompüterlərdəki oyunlarını, eləcə də bu gün işlədiyi mobil telefonları özündə birləşdirən platformanın Netflix.com vasitəsilə PC və Mac kompüterlərini də əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır.

BBN.az xəbər verir ki, 2021-ci ildə Neftlix’in satın aldığı ilk oyun studiyası olan Night School Studio-dan “Oxenfree” və Molehew’s Mining Adventure daxil olmaqla bu testlərin bir hissəsi olaraq ilk olaraq iki oyun təklif ediləcək. Oyun yönümlü işi ilə bağlı açıqlamalar verən Netflix, oyunlarının daha çox platformaya çıxması üçün sınaq prosesinə başladığını açıqladı.

Netflix tərəfindən dəstəklənən televiziya modelləri və cihazları arasında Amazon Fire TV, Chromecast-ı dəstəkləyən Google televizorları, LG televizorları, Nvidia Shield TV, Roku, Samsung-un smart televizorları və Walmart ONN daxildir. Netflix tərəfindən edilən açıqlamalara görə, gələcəkdə beta prosesinə daha çox model əlavə olunacaq.

Netflix, oyunları üçün təklif etdiyi televizor və kompüter dəstəyi ilə oyun bazarında daha sürətli böyüməyi hədəfləyir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı