Növbəti əmək yarmarkası Ağstafada təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağstafada təşkil edilib.

Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən tədbirdə müxtəlif iqtisadi sahələrdən olan 12 işəgötürən iştirak edib və 106 vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək ətraflı şəkildə qiymətləndirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirdə eyni zamanda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirlərinə müraciət qaydaları barədə məlumat verilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı