Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağstafada təşkil edilib.
Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən tədbirdə müxtəlif iqtisadi sahələrdən olan 12 işəgötürən iştirak edib və 106 vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək ətraflı şəkildə qiymətləndirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə eyni zamanda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirlərinə müraciət qaydaları barədə məlumat verilib.