Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb - BBN

Növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb

Oktyabrın 3-də keçirilən hərracda satılmış nəqliyyat vasitələrinə 72 sifariş qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb. Nəqliyyat vasitələrinin bəziləri rəqabətli olaraq satılıb. Belə ki, start qiyməti 15.900 manat olan “Kia Sportage” markalı avtomobil 18.300 manata, 15.000 manat olan “Hyundai Azera” markalı nəqliyyat vasitəsi isə 17.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Dg2Mo linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə keçiriləcək 8 və 16 oktyabr tarixli növbəti hərraclarda səhmdar cəmiyyətlərinin səhm paketi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi, torpaq sahəsi və əmlak kompleksi çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Dg2Gx linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı