Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nvidia-nın ən qabaqcıl süni intellekt çipləri Çinə satılmayacaq - BBN

Nvidia-nın ən qabaqcıl süni intellekt çipləri Çinə satılmayacaq

Ağ Evin sözçüsü Karoline Leavitt, ABŞ-ın aparıcı texnologiya şirkəti Nvidia tərəfindən istehsal edilən ən qabaqcıl süni intellekt çiplərinin Çinə satılmayacağını açıqlayıb.

BBN.az xəbər verir ki, Leavitt mətbuat konfransında jurnalistlərin bu məsələnin müzakirə olunub-olunmadığına dair sualını cavablandırarkən bildirib ki, prezident Donald Tramp bu mövzuda öz mövqeyini açıq şəkildə ifadə edib:

Xatırladaq ki, Tramp həftə sonu verdiyi açıqlamada Nvidia-nın “Blackwell” adlı yeni nəsil süni intellekt çiplərinin yalnız ABŞ şirkətləri üçün qorunacağını, bu texnologiyanın Çin və digər ölkələrə ixrac edilməyəcəyini bildirmişdi.

Ekspertlərə görə, bu qərar ABŞ-Çin texnoloji rəqabətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və Vaşinqtonun süni intellekt sahəsində üstünlüyünü qorumaq niyyətini bir daha göstərir.

Related posts

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı