Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Oktyabrda ölkədaxili nağdsız ödənişlər 8,8 milyard manatı ötüb - BBN

Oktyabrda ölkədaxili nağdsız ödənişlər 8,8 milyard manatı ötüb

2025-ci ilin oktyabr ayında Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil edib.

Mərkəzi Bankın açıqlamasına görə, nağdsız ödənişlərin 7,776 milyard manatı elektron ticarətin payına düşüb. Qalan hissənin 1,045 milyard manatı POS-terminallar, 4 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə icra olunub. İlin əvvəlindən nağdsız ölkədaxili kart əməliyyatlarının payı ümumi kart əməliyyatlarının 67,5%-nə çatıb.

Açıqlamada həmçinin bildirilib ki, banklar və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabrın sonunda əvvəlki ayla müqayisədə 334 min artaraq 21 milyon 701 min ədədə yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artım deməkdir.

Debet kartlarının sayı 16% artdığı halda, kredit kartlarının sayı 5,2% azalıb. Kart sayındakı artım nağdsız ödənişlərin də yüksəlməsinə təsir edib — oktyabrda ölkədaxili nağdsız əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artıb.

Related posts

AMB maliyyə icarəsi sahəsinin inkişafı üçün yeni dəstək tədbirləri hazırlayır

AMB rəsmisi: Maliyyə icarəsi sahəsində mövcud baza inkişafı tam dəstəkləmir

“Lizinq” termini “maliyyə icarəsi” ilə əvəz olunur – yeni qanun layihəsi müzakirədə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı