Ölkə rəhbəri əmanətlərin tam sığortalanması müddətinin uzadılması barədə Qanuna dəyişikliyi təsdiq etmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanmışdır.

Dövlət başçısının bu qərarı pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də ilk növbədə ölkə əhalisinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlmişdir.

Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 dekabr 2020-ci il tarixinədəkuzadılmışdır. Beləliklə, 04 mart 2020-ci il tarixindən Qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) yuxarıda qeyd edilmiş şərtlərlə cəlb edilmiş əmanətlər də qüvvəyə minmiş Qanunla əhatə edilir.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcəkdir. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcəkdir.

Bu qərar 7.3 mlrd. manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8.3 mln. əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı