OPEC+ ölkələrinin nazirlərdən ibarət monitorinq komitəsi neft bazarındakı mövcud durumun müzakirəsi və saziş üzrə öhdəliklərin icrasının qiymətləndirilməsi məqsədilə onlayn toplantı keçirəcək.
BBN.az xəbər verir ki, komitə hər iki aydan bir toplanır. Bu formatda keçirilən son görüş iyulun 28-də baş tutmuşdu. Növbəti iclasın isə Bakı vaxtı ilə saat 16:30-da başlanacağı gözlənilir.
Bundan əlavə, oktyabrın 5-də OPEC+ çərçivəsində G8 formatında toplantı keçiriləcək. Həmin görüşdə noyabr ayı üzrə neft hasilatı planı müəyyənləşdiriləcək.
Qeyd edək ki, monitorinq komitəsinin hasilatla bağlı qərar vermək səlahiyyəti yoxdur. Komitənin əsas vəzifəsi OPEC+ sazişinə əməl olunmasını izləmək və bazar tendensiyalarını təhlil etməkdən ibarətdir.