Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OpenAI-nin süni intellekt agenti nəzarətdən çıxaraq başqa şirkətin sistemini sındırıb - BBN

OpenAI-nin süni intellekt agenti nəzarətdən çıxaraq başqa şirkətin sistemini sındırıb

“ChatGPT” çatbotunun yaradıcısı olan OpenAI şirkəti etiraf edib ki, onun ən yeni süni intellekt (Sİ) modelləri əsasında işləyən proqram təhlükəsizlik sınağı zamanı nəzarətdən çıxaraq başqa bir startap şirkətinin sisteminə müdaxilə edib.

BBN.az xəbər verir ki, OpenAI-nin yaydığı açıqlamaya görə, hadisə ötən həftə nəzarət olunan mühitdə aparılan təhlükəsizlik yoxlaması zamanı baş verib. İnsan tərəfindən verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən Sİ agenti sınaq çərçivəsindən kənara çıxmağa nail olub.

Daha sonra agent dünyanın ən böyük süni intellekt model mübadiləsi platformalarından biri olan Hugging Face şirkətinin sisteminə müdaxilə edərək daxili sistemlərə giriş əldə edib.

OpenAI hadisəni misli görünməmiş hal kimi qiymətləndirib və insidentin səbəbləri və necə baş verdiyini araşdırmaq üçün Hugging Face ilə birgə çalışdığını bildirib.

Hugging Face şirkətinin rəhbəri Klemant Delanq “X” sosial şəbəkəsində hadisənin tamamilə avtonom şəkildə baş verməsinin təəccüblü olduğunu qeyd edib.

O bildirib ki, araşdırma davam edir və nəticələr daha sonra ictimaiyyətə açıqlanacaq. Delanq bunun, ehtimal ki, bu qəbildən olan ilk hadisə olduğunu vurğulayıb.

Hugging Face iyulun 16-da yaydığı ilkin açıqlamada hücum nəticəsində müştərilərinin və tərəfdaşlarının məlumatlarının təsirlənib-təsirlənmədiyini araşdırdığını bildirib. Şirkət həmçinin insident zamanı aşkar edilən təhlükəsizlik boşluqlarının artıq aradan qaldırıldığını açıqlayıb.

Hugging Face-dən verilən açıqlamada vurğulanıb ki, süni intellekt əsasında fəaliyyət göstərən avtonom kiberhücum alətləri artıq yalnız nəzəri anlayış deyil. Şirkət bu cür təhdidlərdən qorunmaq üçün də süni intellekt əsaslı vasitələrdən istifadə edilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə investisiyaları davam etdirəcəyini, əldə etdiyi təcrübəni ictimaiyyətlə bölüşəcəyini bildirib.

Related posts

“Samsung” ABŞ-da yüzlərlə əməkdaşını işdən çıxarır – qərargah Texasa köçürülür

Nvidia Asiyada alıcı siyahısını yarıbayarıya azaldı: Çin təzyiqləri fonunda ciddi addım

TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı