Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OpenAI və Visa-dan yeni əməkdaşlıq: Süni intellekt sizin yerinizə alış-veriş edəcək - BBN

OpenAI və Visa-dan yeni əməkdaşlıq: Süni intellekt sizin yerinizə alış-veriş edəcək

Süni intellekt sahəsinin aparıcı şirkətlərindən olan “OpenAI” və “Visa” istifadəçilərin adından onlayn alış-veriş edə biləcək yeni sistem üzərində əməkdaşlıqlarını genişləndirib.

BBN.az xəbər verir ki, şirkətlərin açıqlamasına əsasən, Visa-nın ödəniş infrastrukturu “OpenAI” platformasına inteqrasiya ediləcək. Bu yenilik istifadəçi təsdiqindən sonra süni intellekt agentlərinə onlayn alış-veriş, hesabların ödənilməsi və gündəlik tələbat mallarının alınması kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.

Yeni sistem vasitəsilə istifadəçilər süni intellekt köməkçisinə müxtəlif maliyyə əməliyyatlarını yerinə yetirmək tapşırığı verə biləcəklər. Pərakəndə satış şirkətləri isə süni intellekt tərəfindən həyata keçirilən əməliyyatları qəbul edə biləcəklər.

Visa-nın Məhsul və Strategiya üzrə rəhbəri Cek Forestell bildirib ki, süni intellekt ticarət sahəsində internet və mobil texnologiyaların yaratdığı dəyişikliklərdən daha böyük transformasiyaya səbəb ola bilər.

“Visa” həmçinin ötən il “Anthropic” və “Microsoft” ilə də süni intellekt əsaslı ödəniş və kommersiya həlləri üzərində işlədiyini açıqlamışdı. Şirkətin bu istiqamətdə yeni məhsul və təşəbbüsləri bu həftə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Visa-nın əsas rəqibləri olan “Mastercard” və “PayPal” da ödəniş sistemlərini süni intellekt texnologiyaları ilə inteqrasiya etmək üçün oxşar layihələr həyata keçirirlər. Ekspertlər hesab edirlər ki, süni intellektin kommersiya əməliyyatlarında istifadəsi yaxın illərdə rəqəmsal iqtisadiyyatın inkişafında əsas istiqamətlərdən birinə çevriləcək.

Related posts

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib

ABŞ məhkəməsi Trampın immiqrasiya məhdudiyyətlərini qanunsuz elan edib

“OPEC+” ölkələri gündəlik hasilatı artırmaq qərarına gəliblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı