Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Orxan Məmmədov Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” tədbirində çıxış edib - Foto - BBN

Orxan Məmmədov Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” tədbirində çıxış edib – Foto

“Bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə işğaldan azad edilmiş ərazilərimizdə biznesə başlamaq istəyən iş adamları üçün KOBİA-nın dəstək və xidmətləri barədə ətraflı məlumat verdim”. 

BBN.az xəbər verir ki, bu haqda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə bağlı imkanlar nümayiş olunub. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil edilib. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçirilib.

Related posts

“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək

Bakıda keçiriləcək IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

IsDB sədri: Qarabağ və Şərqi Zəngəzurda ikinci layihəni icra edəcəyik

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı