Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən həftə keçirilmiş 6 təlimdə 101 nəfər fermer iştirak edib - BBN

Ötən həftə keçirilmiş 6 təlimdə 101 nəfər fermer iştirak edib

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi davam etdirilib.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Lənkəran rayonunda keçirilmiş təlimdə 14 nəfər fermer, Masallıda 13 nəfər, Şəmkirdə keçirilmiş təlimdə  22 nəfər, Baytarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Şəmkirdə təşkil olunmuş təlimdə 34  nəfər, Aqrar Xidmətlər Agentliyi tərəfindən Bərdə və İmişli rayonlarında təşkil olunmuş təlimdə isə 18 nəfər fermer iştirak edib.

Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmricilərə qarşı mübarizə tədbirləri,  təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma sumunun aparılması, arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı