“PAŞA Bank” “Parla” yay təcrübə proqramına start verib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” növbəti ödənişli yay təcrübə proqramına qeydiyyatı açıq elan edib. 3 ay davam edəcək proqramda sonuncu kurs və magistr tələbələri həmçinin 2022-2023-cü illərin bakalavr məzunları iştirak edə biləcəklər.

“Parla” yay təcrübə proqramı çərçivəsində iştirakçılar maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, “agile” idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə edəcəklər.

Proqramın əsas məqsədi gənc kadrları korporativ mühitlə yaxından tanış edərək, onların peşəkar inkişafına dəstək verməkdir.

Təcrübə proqramını uğurla bitirən məzunlar karyeralarına “PAŞA Bank”da davam etmək imkanı əldə edəcəklər.

Qeydiyyatdan keçmək istəyənlər ətraflı məlumat üçün internship.pashabank.az saytına keçid edə bilərlər.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı