Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank” “Parla” yay təcrübə proqramına start verib - BBN

“PAŞA Bank” “Parla” yay təcrübə proqramına start verib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” növbəti ödənişli yay təcrübə proqramına qeydiyyatı açıq elan edib. 3 ay davam edəcək proqramda sonuncu kurs və magistr tələbələri həmçinin 2022-2023-cü illərin bakalavr məzunları iştirak edə biləcəklər.

“Parla” yay təcrübə proqramı çərçivəsində iştirakçılar maliyyə, marketinq, insan resursları, komplayns, hüquq, data, “agile” idarəetmə, rəqəmsal mühəndislik sahələrində təcrübə əldə edəcəklər.

Proqramın əsas məqsədi gənc kadrları korporativ mühitlə yaxından tanış edərək, onların peşəkar inkişafına dəstək verməkdir.

Təcrübə proqramını uğurla bitirən məzunlar karyeralarına “PAŞA Bank”da davam etmək imkanı əldə edəcəklər.

Qeydiyyatdan keçmək istəyənlər ətraflı məlumat üçün internship.pashabank.az saytına keçid edə bilərlər.

Related posts

Azərbaycanda vergi hüquqpozmaları üzrə cinayət işlərinin sayı 54 %-ə yaxın artıb

“Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verildi

Maliyyə sektoru üçün Etik və Peşəkar Davranış Kodeksi ARB 24 TV-nin xəbər süjetində

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı