“PAŞA Sığorta” bu ilin iyul ayı ərzində müştərilərinə ümumilikdə 15 065 086 manat məbləğində sığorta ödənişi həyata keçirib.
BBN.az şirkətin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə həyata keçirilən ödənişlərin əsas hissəsi avtonəqliyyat hadisələri və könüllü tibbi sığorta üzrə olub.
Belə ki, şirkət iyul ayında:
- avtonəqliyyat hadisələri üzrə 9 035 446 manat;
- əmlak hadisələri üzrə 304 392 manat;
- könüllü tibbi sığorta halları üzrə 5 711 263 manat;
- səyahət sığortası hadisələri üzrə 13 985 manat ödəniş edib.
Şirkət bildirib ki, bu göstəricilər gözlənilməz hadisələr zamanı müştərilər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi və sığorta təminatlarının vaxtında ödənilməsi istiqamətində fəaliyyətinin davam etdiyini göstərir.