Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 331 min xidmət göstərilib - BBN

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 331 min xidmət göstərilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş təyin olunub, 22,5 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 494 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 57,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2 094 şəxs 50,7 min reabilitasiya vasitəsi, o cümlədən 462 şəxs 483 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 331 min xidmət göstərilib.

Related posts

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin I rübündə sığortaedənlərin sayı 2,2 milyon vahiddən çox olub

ROA və ROE əmsalına görə bankların-RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı