Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qadın sahibkarlar üçün “Biznesin incəlikləri” layihəsi başlayıb - BBN

Qadın sahibkarlar üçün “Biznesin incəlikləri” layihəsi başlayıb

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün “Biznesin incəlikləri” adlı layihəyə start verib.

Layihə çərçivəsində ilk tədbir Xaçmaz şəhərində baş tutub. Təlimdə Bankın və Fondun əməkdaşları sahibkarları güzəştli kreditlərin verilməsi, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıblar.

Qeyd edək ki, layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib. Oktyabr – noyabr aylarında davam edəcək layihə çərçivəsində müxtəlif regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilməsi və onları maraqlandıran mövzular üzrə təlimlərin təşkil olunması nəzərdə tutulub.

Related posts

Neft bazarlarında “diplomatik” eniş: Doha danışıqları enerji qiymətlərinə təsir edir

ABŞ fond bazarlarında “sakitlik” fırtınası: Texnologiya sektorunun dirçəlişi və İran faktoru

Neft bazarlarında “tərəddüd” dövrü: ABŞ-İran danışıqları Hormuz gərginliyini kölgədə qoyur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı